1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqovun komandası 99-cu dəqiqə qolu ilə uduzdu - YENİLƏNDİ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə İrlandiya yığması ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+9-cu Rayan Suini vurub. Slovakiyalı baş hakim Filip Qlova ikinci hissəyə 5 dəqiqə əlavə etsə də, görüşü 100-cü dəqiqədə - meydan sahiblərinin qolundan sonra başa vurub.
Bununla da Azərbaycan yığması Sadıqovun rəhbərliyi altında ikinci oyunundan da məğlub ayrılıb. Gənc mütəxəssisin ilk sınağında milli komanda martın 22-də səfərdə Kosovoya uduzub - 0:2.
Avropa çempionatı
Seçmə mərhələ, V qrup
27 mart
22:30. İrlandiya - Azərbaycan - 1:0
Qol: Rayan Suini, 90+9
Hakimlər: Filip Qlova, Peter Kovaç, Yan Pozor, Pavol Çmura (hamısı Slovakiya)
Tallaght stadionu (Dublin)
5-ci qrupun digər oyunlarında Kosovo evdə Almaniya ilə heç-heçəyə nail olub - 0:0. Norveç isə səfərdə İsrailə 3:1 hesabı ilə qalib gəlib. Hazırda 7 oyundan 16 xala malik Almaniya qrup lideridir. İrlandiya 6 oyundan 13 xalla 2-ci yeri tutur. Kosovo 8, Norveç 7 oyundan hərəyə 11 xalla 3-4-cü yerləri bölüşürlər. İsrail 7 oyundan 7 xalla 5-ci, Azərbaycan 7 oyundan 1 xalla 6-cı pillədədir.