1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yığmamıza çağırılmayan Seyidovdan daha bir uğurlu oyun
Portuqaliya çempionatının 2-ci divizionunda növbəti turun oyunları baş tutub tutub.
Sportnet.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Valeh Seyidovun şərəfini qoruduğu "Louletano” "Lusitano” ilə ev oyununu 2:1 hesablı qələbə ilə başa vurub.
Bu qələbədə Seyidovun da mühüm rolu olub. 63-cü dəqiqədə, hesab 1:1 olarkən braziliyalı komanda yoldaşının əvəzinə oyuna daxil olan Seyidov komandasının qələbəsinə töhfə verib. Məhz onun hücumdakı fəallığından sonra komandası qələbə topunu vurub – 2:1. Oyunsonrası mətbuat konfransında baş məşqçi də bu amili xüsusi vurğulayıb.
Hazırda 16 komanda arasında 38 xalla 7-ci olan "Louletano” bununla da vəziyyətini xeyli yaxşılaşdırdı.
Maraqlıdır ki, 21 yaşlı hücumçu meydana çıxdığı bütün oyunlarda komandasına fayda verib. Amma nədənsə milli komandaların məşqçiləri ona diqqət yetirmirlər. Yığmalarımız məğlubiyyətləri sıraladığı, qola həsrət qaldığı bir zamanda məşqçilər bu istedadlı hücumçunu hətta sınamağı da lazım bilmirlər (futbolinfo.az).