"Neftçi” PFK Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşacağı "Səbail” klubu ilə oyunun hazırlığını davam etdirir.
Sportnet.az-ın məlumatına görə, Komanda bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Paytaxt təmsilçinin yeni transferi Soni Mustivar da komanda ilə birgə məşq edib.
Məşqdən əvvəl komanda üzvləri bu gün 21 yaşı tamam olan futbolçu Elnur Cəfərovu təbrik ediblər. Milli komandaların düşərgəsində olan futbolçular hələlik "Neftçi”yə qoşulmayıblar.
Qeyd edək ki, "Neftçi” – "Səbail” matçı aprelin 2-də "Bakcell Arena”da olacaq.

















































































