1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azarkeş arvadını oyuna qoyub uduzdu - FOTOLAR
İngiltərənin "Mançester Siti" klubunun Tanzaniyadan olan azarkeşi Amani Stenli "Mançester Yunayted" üzərində qələbəsinə həyat yoldaşını qoyaraq uduzub.
Sportnet.az-ın "The Sun"a istinadən məlumatına görə, fanat "qırmızı şeytanlar"ı dəstəkləyən dostu Şilla Toni ilə bəhsə girib. Dostlar arasındakı razılaşmada yazılıb ki, şəhərlilər" qələbə qazanmasa, Stenli arvadını bir həftəlik verəcək. O, müqavilə bağladığı vaxt ağlının başında olduğunu da qeyd edib.
Aprelin 7-də keçirilmiş oyunun 30-cu dəqiqəsinədək "Siti" 2:0 hesabı ilə öndə olub. Lakin fasilədən sonra "qırmızı şeytanlar"dan Pol Poqba "dubl" edib, Kris Smollinq isə qələbə topuna imza atıb.
2:3 hesablı məğlubiyyətlə əlaqədar "Mançester Siti" vaxtından əvvəl çempion ola bilməyib. Premyer Liqanın sonuna 6 tur qalmış "şəhərlilər" "Mançester Yunayted"dən 13 xal öndədirlər.