
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" Ukrayna çempionatında VIII turun oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib "İlyiçevets" komandası olub.
"Dnepr" səfər matçından minimal hesablı qələbə ilə ayrılıb. Yeganə topu 41-ci dəqiqədə Yevgeni Seleznyov vurub. Oyunda qoldan çox qırmızı vərəqə qeydə alınıb. "Dnepr"dən 22-ci dəqiqədə Duqlas, "İlyiçevets"dən isə 73-cü dəqiqədə Sergey Qrin meydandan qovulub.
Bu qələbə sayəsində xallarını 22-yə çatdıran "Dnepr" ilk pillədəki yerini möhkəmlədib. 2 xalı olan "İlyiçevets" isə sonuncu - 14-cü pillədə qalıb.