UEFA milli komandalar və klubların növbəti reytinq siyahısını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, 454 komandanın yer aldığı siyahıda Azərbaycanı 7 klub təmsil edir.
"Real Madrid"in liderlik etdiyi siyahıda ispanların ən yaxın izləyiciləri elə həmyerliləri - "Barselona"dır. Almaniya "Bavariya"sı isə 3-cülüyü qapayır. Ölkəmizə gəlincə, Avroliqadakı təmsilçimiz "Qarabağ” İtaliyada "İnter"ə məğlubiyyətdən (2:0) sonra 2 pillə geriləyərək 201-ci yerə düşüb. Hələ ki, ən yaxşı göstəriciyə malik "Neftçi” də yeni siyahıda iki pillə geriləyib. Azərbaycan kubokunun son qaliibi siyahıda 174-cü yerdədir. Ümumilikdə avrukoboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi belədir:

174. "Neftçi” (-2)
201. "Qarabağ” (-2)
273. "İnter” (-2)
300. "Xəzər Lənkəran” (0)
347. "Bakı” (0)
371. "Qəbələ” (0)
372. AZAL (0)
Qeyd edək ki, ölkələrin reytinqində isə milli komandamız bir pillə irəliləyib. 29-cu olan Berti Foqtsun komandası Slovakiyanı qabaqlayıb.