Rusiyanın "Zenit" klubunun baş məşqçisi Roberto Mançini futbol üzrə İtaliya milli komandası ilə anlaşıb.
Sportnet.az-ın "Corriere dello Sport"a istinadən məlumatına görə, bu barədə rəsmi açıqlamanın mayın sonlarınadək veriləcəyi gözlənilir. 53 yaşlı mütəxəssisin millidə mayın 28-də Səudiyyə Ərəbistanı yığması ilə yoldaşlıq görüşündə debüt edəcəyi gözlənilir. Daha bir namizəd Karlo Ançelottinin isə millidə işləməkdən imtina etdiyi bildirilir.
Qeyd edək ki, Roberto Mançini "Zenit"ə 2016-2017 mövsümü ərəfəsində baş məşqçi təyin olunub. Onun klubla müqaviləsi 2020-ci ilədək nəzərdə tutulub.