"Qarabağ”ın futbolçusu Yakub Jezniçak klubun düşərgəsini tərk edib.
Sportnet.az xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi bu barədə "Przeglad Sportowy” potalına müsahibəsində deyib. Polşalı futbolçu zədəsini sağaltmaq üçün baş məşqçidən icazə aldığı və mövsüm bitmədən vətəninə dönüdüyünü bildirib: "Bu, çox uğursuz mövsümdür. Mənim 7 zədəm oldu. Artıq burun və barmağımın əməliyyatı başa çatıb. İndi isə dabanımın müalicəsi davam edir. Baş məşqçidən icazə alaraq, zədəmi sağaltmaq üçün vaxtından əvvəl Polşaya gəldim. Sağlıq durumum baxımından uğurlu il olmasa da, bu il idman nailiyyətləri əldə etdim və ÇL-də oynamaq arzumu gerçəkləşdirdim”.
Qeyd edək ki, Yakub Jezniçak ötən yay 12 il formasını geyindiyi "Legiya”dan "Qarabağ”a keçib. O, sabiq komandasının kapitanı olub.