İspaniya "Malyorka"sının rəhbərliyi Valeri Karpinin komandanın baş məşqçi postundan kənarlaşdırılması barədə qərar qəbul edib. Sportnet.az-ın məlumatına görə, hazırda rusiyalı mütəxəssislə müqavilənin pozulması variantları nəzərdən keçirilir.
45 yaşlı mütəxəssisdən öncə klubun baş meneceri Dudu Avat da istefa verib. Karpini avqustun 12-də baş məşqçi postuna məhz israilli keçmiş qapıçı dəvət etmişdi.
Qeyd edək ki, Valeri Karpinin "Malyorka"nın sükanı arxasında fəaliyyəti cəmi 7 tur çəkib. Onun komandası ötən tur səfərdə "Saraqosa"ya 0:2 hesabı ilə uduzub. Hazırda 2 xala malik "Malyorka" Sequndada sonuncu pillədə qərarlaşıb.