"Sumqayıt" Futbol Klubunda Müşahidə Şurasının iclası keçirilib.
Sportnet.az-ın məlumatına görə, toplantıda şuranın 7 üzvündən Muxtar Babayev, Vaqif Ömərov, Hacı Salayev, Teymur Səmədov, Telman Salahov, Abdulla Məmmədov və komandanın prezidenti Riad Rəfiyev iştirak ediblər. Belə ki, Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Naziri təyin olunduğu üçün Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərə bilməyəcəyi ilə əlaqədar şuraya müraciət edərək üzvlükdən azad edilməsini xahiş etmişdir. İclas zamanı Müşahidə Şurasının sədri Abdulla Məmmədov öz növbəsində Muxtar Babayevə 8 il ərzində "Sumqayıt" FK-ya və idmana göstərdiyi xidmətlərə görə təşəkkür etmiş və ona gələcək işlərində uğurlar arzulamışdır.
Sonda isə Muxtar Babayevin müraciəti qəbul edilmiş və onun Müşahidə Şurası üzvlüyündən azad edilməsi qərara alınmışdır.