1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Qurbanov: "Yunanıstan və Kipr klublarından təklif almışam" - MÜSAHİBƏ
Azərbaycan milli komandasının və "Qəbələ” klubunun futbolçusu Ruslan Qurbanov "Report”un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- "Qəbələ” mayın 5-də Azərbaycan Premyer Liqasının XXVI turunda "Keşlə” ilə qarşılaşacaq. Komandanız evdə qalib gələcəyi təqdirdə, Avropa Liqasına vəsiqəni təmin edəcək. Matçla bağlı hansı gözləntiləriniz var?
- Çox maraqlı oyun olacaq. "Keşlə” Yuri Maksimovun rəhbərliyi altında "artırıb". Hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşsalar da, daha üstün futbol sərgiləyirlər. Son dövrədə xeyli xal toplayıblar. Maksimov əvvəldən burada olsaydı, bu komanda mükafatlar uğrunda mübarizə apara bilərdi. İkinci yerdə möhkəmlənməyimiz və Avropa Liqasına vəsiqə qazanmağımız baxımından əhəmiyyətli görüşdür.
- Mayın 28-də "Keşlə” ilə Azərbaycan Kubokunun finalında da qarşılaşacaqsınız. Bu oyunu finalın repetitsiyası adlandırmaq olar?
- Bəli, elədir. Ancaq indiki durumda çempionatı düşünürük. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
- "Keşlə” ilə görüşlərdə statistika "Qəbələ”nin lehinədir. Son 10 oyunda bu rəqibə uduzmamısınız. Rəqəmlər nə dərəcədə önəmlidir?
- Statistika maraqlı ola bilər, lakin seriyanı davam etdirmək üçün oynamaq lazımdır. Çünki uda da bilərik, uduza da. Rəqəmlərə yox, öz işimizə köklənməliyik. Evdə çıxış etdiyimiz üçün qalib gəlməliyik. İkinci yeri əldən vermək istəmirik.
- "Qəbələ” ilə müqavilənizin müddəti cari mövsümün sonunda başa çatır. Hazırkı klubunuzda qalacaqsınız?
- "Qəbələ” ilə sözləşməmin müddəti başa çatmaq üzrədir. Hələlik klub yeni müqavilə ilə bağlı mənimlə danışıq aparmayıb. Əvəzində Yunanıstan və Kipr klublarından təklif almışam. Həmçinin Rusiyanın I divizionunda çıxış edən bir komanda da xidmətimdə maraqlıdır. Ancaq heç bir klubla danışıq aparmamışam. Mənə 4-5 agent yazıb və öz şərtlərini təklif ediblər. İngiltərənin London şəhərində fəaliyyət göstərən "Global 24” şirkətindən də bir agent mənə yazıb ki, Kipr və Yunanıstan klublarına keçidimin təşkili üçün onlarla müqavilə bağlayam. Ancaq hələlik onlara müsbət cavab verməmişəm. Gizlətmirəm, mənə Azərbaycanda yaxşıdır. Buna rəğmən, milliyə daha çox faydalı ola bilməyim üçün Avropa klublarından birinə getmək istəyirəm. Özümü yenidən ölkə xaricində sınamaq istəyirəm. Lakin yenə də deyirəm, heç kimlə danışıq aparmamışam. Cari mövsümün başa çatmasını gözləyirəm.
- Üç il öncə qısa müddətdə Xorvatiyanın "Hayduk” klubunda çıxış etsəniz da, orada möhkəmlənə bilmədiniz. Bu amil sizi qorxutmur ki?
- Xeyr. "Hayduk”a gedişim münasib vaxta təsadüf etməmişdi. İki ay ərzində üç baş məşqçi dəyişdi. Buna rəğmən, mənim üçün yaxşı təcrübə olduğunu düşünürəm.
- Sabiq klubunuz "Neftçi”nin azarkeşləri sizə isti münasibət bəsləyir. Ora dönməyiniz mümkündür?
- Heç nəyi istisna etmirəm. "Neftçi”nin tarixinə, azarkeşlərinə hörmət bəsləyirəm. Komandanın çox yaxşı azarkeşləri var. Təklif olarsa, danışa bilərik. Lakin bunun üçün mövsümün başa çatması lazımdır. Hazırda heç kimlə təmasda deyiləm.