"Barsa"nı Messini satmağa kapitan Karles Puyolun karyerasını başa vurması, qapıçı Viktor Valdesin müqaviləsini uzatmadan Fransa "Monako"suna yollanması və borclarının olması vadar edib. Pula ehtiyacının olması səbəbindən Kataloniya klubu ulduz futbolçularını satmağı düşünür. Məşhur forvardla Fransa PSJ-si də maraqlanır.
Qeyd edək ki, hazırda dünyanın ən bahalı futbolçusu İspaniya "Real Madrid"ində çıxış edən Qaret Beyldir. Uelsli yarımmüdafiəçi üçün "kral klubu" İngiltərə "Tottenhem"inə 99 milyon avro ödəyib.