
Haiti milli komandasının futbolçusu Donald Gerrye "Qarabağ" klubundan ayrılacağı barədə xəbərlərə münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram"ında belə bir müsahibə vermədiyini bəyan edib. O, Ağdam komandası ilə daha bir il müqaviləsinin olduğunu xatırladıb: "Yəni, komandadan gedəcəyim həqiqətə uyğun deyil".
Qeyd edək ki, Donald Gerrye ötən gün "Haitisporttotal” portalına açıqlamasında onunla İtaliya A Seriyasının adı açıqlanmayan klubunun maraqlandığını bildirib. Gerrye Avropanın Top-5 liqalarından birində oynaya biləcəyi ilə qürur duyduğunu vurğulayıb. O, ötən yay 2 illik müqavilə bağladığı "Qarabağ"ın heyətində 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub.