"Səbail" klubu məşqçi Elman Sultanov və Vasif Haqverdiyevlə yollarını ayırdığına dair xəbərlərə reaksiya verib.
Sportnet.az-ın məlumatına görə, klubun mətbuat xidməti yazılanları təkzib edib. Rəsmi açıqlamada deyilir: "Son günlər bəzi saytlarda "Səbail” və klubun məşqçiləri, konkret olaraq, Elman Sultanov və Vasif Haqverdiyev barədə həqiqətə uyğun olmayan informasiyalar yayılır. Guya klub rəhbərliyinin məşqçilərin fəaliyyətlərindən narazı qalaraq müqaviləsinə xitam verilməsi bildirilir. Bəyan edirik ki, bu məlumatlar həqiqəti əks etdirmir".
Qeyd edək ki, daha əvvəl "Səbail" Elman Sultanovun əsas komandaya baş məşqçi təyin olunacağı xəbərlərini təkzib edib.