Türkiyənin "Bursaspor” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Pol Le Quenin istefaya göndərilməsindən sonra boşalan posta Samet Aybaba gətirilib. 63 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanılıb.Onun illik qazancı 5 milyon lirə təşkil edəcək.
Qeyd edək ki, "Bursaspor” son mövsümdə Super Liqada 13-cü yeri tutub. Komandanın heyətində Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Ozan Can Kökçü də yer alıb. O, yanvarda Hollandiya "Valveyk"inə icarəyə verilib.