"Zirə" futbol komandasının yay hazırlıq planı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib. Onun sözlərinə görə, komandanın hazırlıq planı iki hissədən ibarət olacaq. Kollektiv ilk olaraq, iyunun 20-də Bakıda toplaşacaq. Paytaxtda iki həftəlik hazırlıq müddətində 2 yoxlama oyunu nəzərdə tutulub.
Daha sonra "Zirə" Türkiyəyə yollanacaq. Qonşu ölkədəki toplanış müddətində 4-5 yoxlama oyununun keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, "Zirə" 2017-2018 mövsümünü 4-cü pillədə başa vurub və Avropa Liqasına vəsiqə qazana bilməyib