Boliviya çempionatında "Real" (Potosi) və "Quabia" komandaları arasında keçirilmiş Cənubi Amerika Kubokunda iştirak hüququ verən final matçı qalmaqalla yekunlaşıb.
Sportnet.az-ın məlumatına görə, buna "Real"ın 4 futbolçusunun qırmızı vərəqə alması səbəb olub. 1:4 hesabı ilə uduzduğu ilk görüşün revanşında Potosi komandası 0:2 hesabı ilə uduzub. Referi hər hissədə 2 oyunçunu meydandan qovub. Görüş isə "Quabia"nın qələbəsi ilə yekunlaşıb - 2:0.
Final fitinin ardından "Real"ın prezidenti baş hakimə tərəf gələrək, onun sifətinə ovucları ilə zərbə endirib. Komanda üzvləri onu hakimlərdən aralayıblar.







































































