1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Bu, gözlədiyim oyun deyildi"
"lk növbədə rəqibi həm yaxşı oyun, həm də qələbə münasibətilə təbrik edirəm. Bizə gəldikdə, danışılası çox şey yoxdur. Düşünürəm ki, komanda ilə çox danışacağıq. Bu oyun mənə çox şey verdi, bir çox çox məqamları gördüm. Demək olar ki, oyunun ilk 20 dəqiqəsində məğlub olduq. Qalan vaxtlarda isə, təbii ki, rəqib daha inamlı idi, hücumları qurmaqda bizim üçün çətinlik yaradırdılar. Toparlanaraq, oyun sərgiləməyə çalışsaq da, bu, mənim gözlədiyim oyun deyildi. Nəyin üzərində daha çox işləməli və nəyə daha çox diqqət ayırmalı olduğumuzu görməyim baxımından mənim üçün çox vacib görüş oldu”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov səfərdə Qazaxıstan yığmasına 0:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Qazaxıstan millisi sizi nə iləsə təəccübləndirdi?
- Oyunun çətin olacağını bilirdik. Qazaxıstan futbolu hazırda inkişafdadır və bu, təkcə klub səviyyəsində deyil. Rəqib yaxşı oynadı.
- Komandanız sanki erkən qolu buraxdıqdan sonra dağıldı. Buna səbəb nə oldu?
- Komandamızın buna hazır olduğunu desəm, inanmazsınız. Lakin biz bilirdik ki, rəqib ilk dəqiqələrdən pressinq edəcək. Komandama bu təzyiqlərin qarşısını almaq üçün güc çatmadı.
- İkinci hissənin ortalarında əvəzləmələr etdiniz. Gənclərə oyun imkanı yaratdınız, yoxsa oyunu xilas edənləri axtarırdınız?
- Xeyr, burada məsələ tamamilə başqadır. Mən heyətdə dəyişiklikər etdim. Əvəzləmələr gələn oyunlarda meydana çıxa biləcəklərini futbolçulara göstərməkdir.
- Qazaxıstan yığmasının heyətində kimi qeyd edərdiniz?
- Qeyd etdiyim kimi, qazaxıstanlılar xüsusən hücumda artırıblar. Komanda topa daha yaxşı nəzarət etməyə, hücumlar qurmağa başlayıb. Hücum xəttindəki oyunçuları qeyd edərdim. Onlar öz oyunları ilə bizə ciddi problemlər yarada bildilər.
- Bir neçə gün əvvəl Qırğızıstana qalib gəlmişdiniz. Qırğızıstan və Qazaxıstanı müqayisə edə biləsiniz?
- Fərq ciddidir. Lakin müqayisə etmək istəmirəm. Qazaxıstan yığması əhəmiyyətli dərəcədə güclüdür.