Azərbaycanlı FİFA referisi Əliyar Ağayev İsveçrənin Nyon və Cenevrə şəhərlərində UEFA-nın təşkilatçılığı ilə elit və birinci kateqoriyaya daxil olan hakimlər üçün kursa dəvət alıb.  
Sportnet.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, avqustun 1-də start götürəcək kursda ilk dəfə iştirak edəcək. 
Qeyd edək ki, Əliyar Ağayev bir neçə gün əvvəl UEFA tərəfindən birinci kateqoriyalı hakimlər siyahısına daxil edilib. 









                 





    
    
    
    
    
    
    
    
    























































