1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ozan Can Kökçü: "Milliyə yolum yenidən açıldı"
"Mövsümün ilk yarısında heç cür şans qazana bilmədim. Baş məşqçi Pol Le Quen gəncləri heç düşünmədi. Mən də getmək istədim".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Ozan Can Kökçü ötən mövsüm Türkiyənin "Bursaspor" klubundan Hollandiya "Valveyk"inə keçidi barədə danışarkən deyib. O, "Valveyk"də təcrübə topladığını bildirib: "Bir futbolçu oynamadıqda özünü pis his edər. Mən də təcrübə qazanmaq istədik. Bu isə oturaraq yox, oynayaraq qazanılır. Fikrimcə, ötən mövsümün ikinci hissəsi mənim üçün gözəl keçdi. 14 matçda 1 qol və 3 məhsuldar ötürmə müəllifi oldum. Oynadıqca milli komandaya yolum yenidən açıldı. İnanın, "Bursaspor" formasını geyəcəyim günü səbirsizliklə gözləyirəm".
"Bursaspor"da yeni səhifə açmaq istədiyini vurğulayan 20 yaşlı hücumçu "Böyük hədəflərə malik komandadayam. Mənim də hədəflərim var. Yeni baş məşqçimiz Samet Aybaba gənclərə önəm verən mütəxəssisdir. Getdiyi hər bir komandada iz qoyur. Bu, mənim kimi komandada olan gənc oyunçular üçün böyük şansdır. Mən də Aybabanın gözünə girərək, "Bursaspor"da qalmaq istəyirəm".