1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin Avroliqa planı məlum oldu
"Neftçi” futbol klubunun 2018/2019 mövsümü üçün yay hazırlıq proqramı müəyyənləşib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda istirahətdə olan flaqman üzvləri iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və baş məşqçi Roberto Bordinin rəhbərliyi altında ilk məşqinə çıxacaq. Bu gündən isə futbolçular tibbi müayinədən keçməyə başlayıb.
"Neftçi” iyunun 22-dək paytaxtda məşqləri davam etdirəcək. Daha sonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 6-dək Topuk yaylası bölgəsində baş tutacaq hazırlıq prosesində "ağ-qaralar" 4 yoxlama görüşü keçirəcək. Rəqiblərin adları hələlik açıqlanmır.
Qeyd edək ki, "Neftçi" 2018-2019 mövsümündə Avropa Liqasında mübarizə aparacaq. I təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da keçiriləcək.