Naxçıvan Muxtar Respublikasında futbol üzrə III Heydər Əliyev Kubokunda II turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, ilk turu qələbə ilə başa vuran komandaların qarşılaşmasında "Şüvəlan" "Araz Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib. Bununla da paytaxt təmsilçisi yarışın qızıl medallarını böyük ölçüdə təmin edib. Artıq 6 xala malik Aqil Nəbiyevin baş məşqçi olduğu komandaya son turda "Zaqatala" ilə görüşdə heç-heçə də kifayət edəcək.
Turun digər qarşılaşmasında isə "Zaqatala" MOİK-ə qalib gəlib.
Heydər Əliyev Kuboku
II tur
"Şüvəlan” - "Araz Naxçıvan” - 2:0
Qollar: Sənan Qocayev, 29. Rəhman Musayev, 48
MOİK - "Zaqatala” - 0:1
Qol: Sərxan Abdullayev, 80
Xal durumu: "Şüvəlan" - 6, "Zaqatala" 3, "Araz Naxçıvan" - 3, MOİK - 0.