"Neftçi” klubu daha bir futbolçu transferini həyata keçirib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı Slavko Braliçlə 1 illik müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi 28 nömrəli formasını geyinəcək.
Qeyd edək ki, Slavko Braliçin sonuncu klubu "Şiroki Brieq” (Bosniya və Herseqovina) olub. O, Xorvatiyanın "Omladinas Vranyiç”, "Solin” və "Osiyek” komandalarında da çıxış edib. Bunadək "Neftçi” cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib.