1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Baqali Dabo püşkdən danışdı
"Rəqibin kimliyindən asılı olmayaraq, oyuna tam köklənmək lazımdır. Belə turnirlərdə hər bir komanda sürpriz edə bilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi" klubunun futbolçusu Baqali Dabo Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.
Fransalı hücumçu Macarıstan "Uypeşt"ini düzgün qiymətləndirməyə çağırıb: "Uypeşt” Avroliqaya Macarıstan çempionatından vəsiqə qazanmış komandadır. Bu, artıq bir göstəricidir. Amma biz daha çox özümüzü fikirləşməliyik”.
Dabo yeni transferlərin komandaya qısa müddətdə uyğunlaşmalarının vacibliyini də vurğulayıb: "Bizim bir neçə yeni oyunçumuz var, mən də onlardan biriyəm. Komandaya tezliklə uyğunlaşmalı, bir-birimizi daha yaxşı başa düşməliyik ki, Avroliqada uğurla çıxış edə bilək”.
"Neftçi”yə iyunun 17-də keçən forvard özünü komandada çox xoşbəxt hiss etdiyini bildirib: "Buradan razıyam. Növbəti mövsümə bütün komanda kimi, mən də ciddi hazırlaşıram”.
Qeyd edək ki, "Uypeşt"lə ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü iyulun 19-da Budapeştdə keçiriləcək.