1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qəbələ” daha güclü olacaq”
"Qəbələ”nin futbolçusu Voyislav Stankoviç Sloveniya toplanışının ilk 10 günü barədə fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, serbiyalı müdafiəçi klubun rəsmi saytına açıqlamasında hazırlıq prosesinin yaxşı səviyyədə keçdiyini bildirib. O deyib ki, komandanın düşərgəsində yüksək əhval-ruhiyyə var: "Futbolçular əzmlə çalışırlar. Burada olduğumuz 10 gündə artıq iki yoxlama oyununda qüvvəmizi sınamışıq. Bizi daha iki yoxlama oyunu gözləyir. Düşünürəm ki, bizim üçün ən əsası UEFA Avropa Liqasının 1-ci mərhələsinə tam hazır olmaqdır”.
Stankoviç "Qəbələ"nin Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Lüksemburq "Proqres”i haqda da danışıb: "Proqres”in oyununu görmüşəm. Deyə bilərəm ki, bizi ilk raundda yaxşı rəqib gözləyir. Lüksemburq təmsilçisi yay fasiləsində heyətinə 5-6 futbolçu dəvət edib. Maraqlı oyunların olacağını düşünürəm. Hesab edirəm ki, toplanışın sonunadək maksimum hazırlıq keçdikdən sonra mərhələ adlamağa yaxşı şanslarımız olacaq”.
31 yaşlı oyunçu "Qəbələ”nin yeni transferləri Sabien Lilay və Ceyms Adeniyinin komandaya faydalı olacağını qeyd edib: "İki yeni futbolçudan biri – Lilay yoxlama matçlarının ikisində də iştirak etdi. Onun komandamızı gücləndirəcəyini söyləyə bilərəm. Ceyms isə yalnız ikinci qarşılaşmada meydana çıxıb. Nigeriyalı yaxşı futbolçudur. O, komanda ilə bir müddət də hazırlıq keçdikdən sonra hücum xəttimizi gücləndirəcək. Bu transferlərlə "Qəbələ” daha güclü olacaq”.
Qeyd edək ki, "Proqres"lə ilk oyun iyulun 12-də Qəbələdə, cavab görüşü isə iyulun 19-da Düdelanj şəhərində olacaq.