1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramal Hüseynov: "Yaşımı ermənilərlə oyun üçün "düz-qoş" etdilər"
Azərbaycan milli komandasının sabiq futbolçusu Ramal Hüseynov yaşının süni şəkildə azaldıldığını etiraf edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə hazırda Türkiyənin Həvəskarlar Liqasında "Qaziosmanpaşa"nın şərəfini qoruyan Hüseynov sportfm"ə müsahibəsində bildirib. O deyib ki, 23 yaşında ikən (2001-ci ildə - red.) Litvanın Palanqa şəhərində 19 yaşadək futbolçular arasında keçirilən turnir ərəfəsində bu addım atılıb. Yarımmüdafiəçi Ermənistana qarşı oynaya bilməsi üçün azyaşlılarla birgə çıxış etməyə razılaşdığını bildirib: "Yaşımın azaldılmasının tarixçəsini az adam bilir. Palanqada beynəlxalq turnir keçirilirdi. Orda 19 yaşlılardan ibarət yığma komandamız iştirak edirdi. Püşkatma nəticəsində Ermənistan komandası ilə qarşılaşmalı idik. AFFA mənim komandaya kömək etməyim üçün yaşımı "düz-qoş" etdi. Mən də həmin yarışa getdim. Ancaq ermənilərlə görüşümüz baş tutmadı".
Hüseynovun sözlərinə görə, "xeyli gəncləşməsi" özünə yox, AFFA-ya lazım imiş. Bu səbəbdən, yaşına əl gəzdirilib: "Açığı, bu, mənə lazım deyildi. AFFA-ya lazım idi, düzəltdilər. Onsuz da yeniyetmə yaşlarımdan böyüklərə qarşı oynayırdım".
Qeyd edək ki, hazırda Ramal Hüseynovun sənədlə 34 yaşı var.