1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan klubları Avroliqa ilə vidalaşdı - YENİLƏNDİ
Azərbaycanı futbol üzrə Avropa Liqasında təmsil edən hər 3 klub mübarizəni erkən dayandırıb.
Sportnet.az-ın məlumatına görə, "Keşlə" və "Qəbələ"nin ardından "Neftçi" də elə I təsnifat mərhələsindəcə yarışla vidalaşıb. Flaqman "Uypeşt"lə Macarıstanda keçirdiyi cavab görüşündə 4:0 hesablı məğlubiyyətə uğrayıb. Hesabı 19-cu dəqiqədə kapitan Robert Litauski açıb. Bundan 2 dəqiqədə sonra Boyan Sankoviç fərqi artırıb. Meydan sahibləri ikinci hissədə də 2 qol vurub. 50-ci dəqiqədə Donat Joter, 65-ci dəqiqədə Obinna Emmanuel Nvobodo fərqlənib.
Beləliklə, "Neftçi" ilk görüşdə 3:1 hesabı ilə qalib gəlməsinə rəğmən, cavab oyununda böyük hesabla uduzduğu üçün, iki matçın cəmində turnirlə vidalaşıb.
---------
"Qəbələ" komandası futbol üzrə Avropa Liqasında mübarizəni erkən dayandırıb.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar"ı Avroliqanın I təsnifat mərhələsində Lüksemburq "Proqres"i iki oyunun yekununda üstələyib. Qəbələdəki qarşılaşmada 0:2 hesabı ilə uduzan Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv bugünkü cavab matçında səfərdə qalib gəlib - 1:0. Yeganə qolu 28-ci dəqiqədə Stiven Monroz vurub. Lakin bu qol mərhələ adlamaq üçün yetərli olmayıb. Üstəlik, "Qəbələ"nin futbolçusu Təmkin Xəlilzadə 79-cu dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.
Beləliklə, Azərbaycanın Avroliqadakı 3 təmsilçisindən 2-si elə ilk cəhddəcə yarışla vidalaşıb. Daha əvvəl "Keşlə" Malta "Baltsan"ını üstələyə bilməyib - 1:4, 2:1. Hazırda Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt" və "Neftçi" komandaları üz-üzə gəlib. Hesab 2:0 meydan sahiblərinin xeyrinədir. İlk görüşdə "Neftçi" qalib gəlib - 3:1.
------------------------------
"Keşlə” klubu Avropa Liqasında Malta"Baltsan"ı ilə I təsnifat mərhələsinin cavab matçına çıxıb.
Sportnet.az xəbər verir ki, "Dalğa Arena”da keçirilən oyun”Keşlə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lakin bu, növbəti mərhələ üçün yetərli olmayıb. Səfərdə baş tutan ilk görüşdə 1:4 hesabı ilə məğlub olan paytaxt təmsilçisi iki oyunun yekununda Avropa Liqasındakı mübarizəni dayandırıb.
Qeyd edək ki, Maltanın "Baltsan” klubu Avropa Liqasının II təsnifat mərhələsində Slovakiyanın "Slovan” komandası ilə qarşılaşacaq.
------------------------------------------------------------------------------------------------------------------------------------------
Bu gün Azərbaycan komandaları UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab matçlarına çıxacaqlar.
Sportnet.az xəbər verir ki, ilk oyunlarda qeydə alınan nəticələrdən sonra onlardan yalnız birinin - "Neftçi”nin növbəti raunda yüksəlmək şansı çoxdur. Bakıda Macarıstan təmsilçisi "Uypeşt”i 3:1 hesabı ilə məğlub edən paytaxt komandası önəmli üstünlük qazanıb. Roberto Bordinin rəhbərlik etdiyi kollektivi Budapeştdə heç-heçə və minimal hesablı məğlubiyyət də qane edəcək.
"Keşlə” və "Qəbələ” isə ilk qarşılaşmada uduzmaqla işlərini çətinə salıblar. Bakılılar Maltada "Baltsan”a 1:4 hesabı ilə məğlub olmaqla yanaşı, iyulun 16-da baş məşqçi Yuri Maksimovun istefasından sonra daha bir zərbə alıblar. Komanda "Dalğa Arena”da baş tutacaq görüşə məşqçi Zaur İsmayılovun rəhbərliyi altında çıxacaq.
"Qəbələ”nin də mərhələ keçmək ehtimalı böyük deyil. Evdə Lüksemburq "Proqres”in 2 cavabsız qolla uduzan əyalət komandası geridönüş etmək arzusu ilə səfərə çıxıb. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Differdanjda qapısını toxunulmaz saxlamaq şərti il, ən azı 2 qol vurmalı, cütün taleyini ya əlavə vaxtda, ya da penalti seriyasında həll etməlidir.
Qeyd edək ki, "Qəbələ”nin II təsnifat mərhələsindəki potensial rəqibi Makedoniya "Rabotniçki”sini üstələyən (1:2, 4:0) Macarıstanın "Honved” komandasıdır. "Keşlə”nin rəqibiləri - Moldova "Milsami”si evdə keçirdiyi ilk oyunda Slovakiyanın "Slovan” komandasına 2:4 hesabı ilə uduzub. "Neftçi”nin potensial rəqibi olan İspaniya təmsilçisi "Sevilya” isə mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayacaq.
Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunları
21:00. "Keşlə” (Azərbaycan) – "Baltsan” (Malta) - 2:1
Qol: Sezar Meza Kolli, 11 (penalti). Slavik Alxasov, 90 - Andriya Maydevac, 90
Baş hakim: Mixail Vilkov
Baş hakimin köməkçiləri: Aleksey Vorontsov, Vladimir Mineviç
Dördüncü hakim: Aleksey Suxoy (hamısı Rusiya)
Hakim-inspektor: Stefen Lodj (İngiltərə)
UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)
Bakı. "Dalğa Arena”
İlk oyun – 1:4
21:30. "Proqres” (Lüksemburq) – "Qəbələ” (Azərbaycan) - 0:1
Qol: Stiven Monroz, 28
Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 79 ("Qəbələ")
Baş hakim: Kit Kennedi
Baş hakimin köməkçiləri: Stiven Donaldson, Kristian Hanna
Dördüncü hakim: Evan Boys (hamısı Şimali İrlandiya)
Hakim-inspektor: Milan Karadjiç (Serbiya)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Differdanj. Munisipal şəhər stadionu
İlk oyun – 2:0
23:00. "Uypeşt” (Macarıstan) – "Neftçi” (Azərbaycan) - 4:0
Qollar: Robert Litauski, 19. Boyan Sankoviç, 21. Donat Joter, 50. Obinna Emmanuel Nvobodo, 65
Baş hakim: Yannis Papadopulos
Baş hakimin köməkçiləri: Trifon Petropulos, Vasilios Kampuris
Dördüncü hakim: Agelos Evangelu (hamısı Yunanıstan)
Hakim-inspektor: Bernardino Qonzalez Vaskes (İspaniya)
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)
Budapeşt. Ferents Susa stadionu
İlk oyun – 1:3