 

"Qəbələ”nin prezidenti Tale Heydərov yeniyetmələr arasında "III Qəbələ Kuboku” beynəlxalq turniri iştirakçılarına müraciət edib. Sportnet.az xəbər verir ki, klub prezidenti turnirin dostluq və sülh prinsiplərinə uyğun keçəcəyinə ümid etdiyini bildirib:
	"Bu
turnir sadəcə futbol yarışı yox, həm də bir bayramdır. Ümid edirəm ki, bu
bayram "Fair Play” qaydaları çərçivəsindən kənara çıxmayacaq, tamaşaçılara
unudulmaz zövq verəcək”.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    























































