Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt"lə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələn "Neftçi" komandası azarkeşsiz qalmayıb.
Sportnet.az-ın Budapeştə ezam olunmuş ezam olunmuş əməkdaşı xəbər verir ki, oyunun keçirildiyi "Ferents Şuşa" stadionunda Avropadakı azərbaycanlılardan ibarət "Milli dəstə" azarkeş qrupunun 30-dək üzvü də var. Onlar matçın startı ərəfəsində "Neftçi"nin futbolçularını tribunaya tərəf çağıraraq, alqışlayıblar.
Eyni zamanda sərbəst şəkildə oyunu izləməyə gələn bir neçə azərbaycanlı da "Neftçi" rəsmiləri ilə birgə qarşılaşmanı izləyir.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.