1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ermənistan klubunun məşqçisindən tərbiyəsizlik - VİDEO
Ermənistanın "Pünik" komandasının məşqçisi Yuri Naqaytsev Qazaxıstan "Tobol"u ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda qeyri-etik jest edib.
Sportnet.az-ın məlumatına görə, Naqaytsev 82-ci dəqiqədə Məhəmməd Konatenin qolundan sonra rəqib həmkarlarına tərbiyəsiz davranıb. Matçın ardından o, bütün azarkeşlərdən üzr istəyib. "Pünik"in məşqçisi bildirib ki, bu jesti "Tobol"un ikinci məşqçisinə ünvanlayıb. O, həmkarının qol epizodundan əvvəl topu tribunaya vurmasına cavab olaraq, belə addım atdığını söyləyib.
Qeyd edək ki, Yerevanda keçirilmiş cavab oyununda "Pünik" 1:0 hesablı qələbə qazanıb. Ermənistan təmsilçisi ilk görüşdə 1:2 hesabı ilə uduzduğu üçün səfər qolu sayəsində mərhələ adlayıb.