1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Arif Əsədov: "Hədiyyələrin "hit-parad"ı olmur" - "Keşlə" "Zirə"yə qarşı - MÜSAHİBƏ
Bu gün "Neftçi”nin veteran futbolçusu Arif Əsədov doğum gününü qeyd edir.
Sportnet.az xəbər verir ki, 1970-ci ildə dünyaya gəlmiş sabiq müdafiəçi 1987-1997, 2000-2002-ci illər ərzində "Neftçi”nin heyətində 291 oyun keçirib, 5 qol vurub. SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandasının heyətində dünya (1987) və Avropa (1988) çempionu adını qazanmış Arif Əsədov 1993-2002-ci illərdə Azərbaycan milli komandasının heyətində 43 oyun keçirib. O, "Neftçi” ilə Azərbaycan çempionatının (1992, 1996, 1997), ölkə kubokunun (1995, 1996) və Superkubokunun (1993) qalibi olub. "Neftçi”nin (2010-2011, 2014-2015) və Azərbaycan U-19 milli komandasının (2007, 2012-2014) baş məşqçisi olmuş Arif Əsədov bu vəzifədə 2010-cu ildə "Neftçi”nin əvəzedici, 2011-ci ildə isə əsas komandası ilə ölkə çempionluğunu yaşayıb.
Klubun rəsmi saytı "Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib və ondan müsahibə alıb...
- Doğum gününü ən yaxşı keçirməyin üsulu hansıdır?
- Yaxınlarını ətrafına yığmaq. Elə uşaqlıqdan bəri həmişə ailənin bir yerdə olmasına sevinmişəm.
- Yəni, demək olar ki, "genişheyətli məclislər” doğum gününüzdə olmur?
- Heç kimin adını çəkməyəcəyəm, amma müəyyən dostluq dairəmiz var. Deməzdim ki, genişdir. Adətən, doğum günümü o adamlarla qeyd edirəm. Amma bu il çoxu şəhərdə deyil.
- Bu 48 il ərzində ən maraqlı hədiyyə hansı olub?
- Hədiyyələrin reytinqini aparmıram, onların "hit-parad”ı olmur (gülür). Həmişə demişəm ki, əsas odur, sağlıq olsun, ən gözəl hədiyyə elə budur.
- Siz "Neftçi”nin futbolçusu olmaqdan başqa, həm də komandanı baş məşqçi kimi çalışdırmısız. Belə bir hal olub ki, doğum gününüz oyun gününə təsadüf eləsin?
- Xeyr. Amma bu sualınız 2010-cu ildə bütün komandanın məni təbrik etməsini yadıma saldı. Bazadaydıq. Üç gün əvvəl "Qəbələ” üzərində 2:0 hesablı qələbə qazanmışdıq və artıq "Simurq”la oyuna hazırlaşırdıq. Klub rəhbərliyi, məşqçi heyəti, hamı məni təbrik etdi. O doğum gününü şirniyyatla qeyd etdik. Üç gündən sonra isə "Simurq”a 4:0 hesabı ilə qalib gəldik. Onu da hədiyyə kimi qiymətləndirmək olar.
- İki oğlunuz "Neftçi”də çalışır. Onların işini nəzarətdə saxlayırsız?
- Mütəmadi olaraq. Biri media departamentində, digəri isə "Neftçi-2”də işləyir. Hər ikisi hansı klubda çalışdıqlarını çox yaxşı bilir. "Filankəsin oğluyam” deyə-deyə öz karyeralarını qurmurlar. Əgər onlar bu gün "Neftçi”də çalışırlarsa, deməli, klubun işinə böyük fayda verirlər.