1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kosovo ilə oyunda hədəf 3 xal olmalıdır" - MÜSAHİBƏ
"İstəməzdik ki, mövsümə belə başlayaq. Qəbələdən xalla qayıtmağı, ev matçımızda uduzmamaq niyyətində idik. Hər iki matçımız çempionluğa namizəd olan iki komandaya qarşı oldu. Evdə ən azı uduzmaya bilərdik. "Qəbələ” ilə görüşdə yaxşı qol epizodlarımız olmuşdu. Bu matçda da şanslarımız çox oldu. "Qarabağ” səhvləri bağışlamayan komandadır. Çalışacağıq ki, səhvləri aradan qaldıraq və növbəti matçlarda inamlı çıxış edək".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in kapitanı Rahid Əmirquliyev Topaz Premyer Liqasının II turunda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları ev oyunundan sonra keçirdiyi brifinqdə deyib. Kapitan digər sualları da cavablandırıb...
- Bu mövsüm ümidiniz nəyədir?
- Komandaya yaxşı transferlər oldu. Hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Amma 2 oyundan sonra 6 xal itirdik. Hərçənd, bu göüşlərdə xallar qazana bilərdik. Çalışacağıq ki, 3-cü turda bu vəziyyəti düzəldək.
- Adından söz etdirmiş futbolçusan və "Səbail” sənə güvənərək transfer edib. Keşmiş formanı qaytarmaq üçün nə qədər vaxt lazımdır?
- Son zamanlar az oynayırdım. Bu halda isə futbolçu formada ola bilməz. Çempionat yeni başlayıb. Heç kim deyə bilməz ki, ideal formadayam. Turdan-tura formaya düşəcəyik.
- Növbəti turdan sonra milli komandanın heyəti açıqlanacaq. Özünü həmin heyətdə görürsən?
- Bunu baş məşqçi Qurban Qurbanova sual versəniz, yaxşı olar. Çalışıram ki, komandaya kömək edim və formam bərpa olsun.
- Özünü milliyə layiq görürsən?
- İdeal formada olduğumu demirəm. Amma seçim baş məşqçidən asılıdır.
- Qarşıdan Kosovo, Malta və Farer adaları ilə Millətlər Liqasında oyunlar gəlir. Rəqiblərlə maraqlanmısan?
- Oyunlarına baxmışam. Kosovo yaxşı komandadır. Ağır oyunlar olacaq. Hamı düşünür ki, Kosovo asan rəqibdir, amma bu, belə deyil.
- Kosovo ilə Bakıdakı oyunda heç olmasa, bir xala ümid etmək olar?
- Evdə oynayacağıq və hədəf 3 xala olmalıdır. Hamı əlindən gələni edəcək ki, qalib gələk.