1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"a qol vuran futbolçu: "Özümü xoşbəxt hiss edirəm"
"Matç çətin və ağır alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Biz yaxşı oynadlq və layiqli qələbə qazandıq. Əsas məsələ odur ki, saktliyimizi və konsentrasiyamızı qoruyuruq. Bakıya müsbət nəticə ilə gedirik".
Sportnet.az xəbər verir ki, bunu Moldova "Şerif"inin futbolçusu Rifet Kapiç Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirdikləri ilk oyun barədə danışarkən klubun rəsmi saytına müsahibəsində deyib. Avrokuboklarda ardıcıl iki oyundur fərqlənən bosniya və herseqovinalı yarımmüdafiəçi digər sualları da cavablandırıb...
- Qol epizodunu necə xatırlayırsınız?
- Bu, izaholunmaz hissdir. Oyundan həqiqətən də razı qaldım. Qol vuraraq komandama kömək edə biləndə özümü xoşbəxt hiss edirəm. Hər bir oyuna 100 faizimi qoymağa çalışıram.
- Daha bir neçə imkanınız oldu. Hesabda üstünlüyü artırmaq üçün nə çatmadı?
- İkinci qolu vurmağı çox istəyirdik. Bir neçə yaxşı qol imkanımız oldu. Təəssüf ki, hücumların yekunlaşdırılmasında lazımi konsentrasiya çatmadı. Bununla belə, nəticədən razıyıq.
- Cavab oyunundan nə gözləyirsiniz?
- Çətin oyun olacaq. Özümə və komandama inanıram. Bizə müdafiədə kompakt olmaq və hücumda öz şansımızı gözləmək lazımdır. "Qarabağ" güclü rəqibdir. Lakin təkrar edirəm: Bizim artıq müsbət nəticəmiz var. Buna səfərdə də nail olmaq lazımdır.
- Bakıdakı qarşılaşmada "Qarabağ"ın sürətli qol vuracağını gözləmək olar?
- Bəli, razıyam ki rəqib ilk dəqiqələrdən hücuma keçərək, sürətli qol vurmağa çalışacaq. Lakin bizim güclü keyfiyyətlərimiz var. Öz oyunumuza köklənməliyik.