1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Arsenal"dan çətin səfər qələbəsi - VİDEO
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Arsenal" klubu İngiltərə Premyer Liqasında IV tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, "topçular" səfərdə "Kardiff Siti" ilə qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Arsenal"ın qollarını 11-ci dəqiqədə Şkodran Mustafi, 62-ci dəqiqədə Pyer-Emerik Obameyanq, 81-ci dəqiqədə Aleksandr Lyakazett vurub. Meydan sahiblərindən isə Viktor Kamarasa və Denni Uord fərqlənib. Sərt mübarizə şəraitində keçən görüşdə baş hakim Entoni Teylor yerli komandaya 3, qonaqlara 4 sarı vərəqə göstərib.
Bu qələbə sayəsində xallarını 6-ya çatdıran "Arsenal" 9-cu pillədə qalıb. 2 xala malik "Kardiff Siti" isə 16-cıdır.
Qeyd edək ki, "Arsenal"ın Avropa Liqasında ilk səfər matçı Bakıda olacaq. Görüş oktyabrın 4-də keçiriləcək.