Topaz Premyer Liqasının IV turunda keçirilmiş "Səbail" - "Zirə" matçında əsasnamə pozulub.
"Report” xəbər verir ki, buna görə "Zirə" klubuna texniki məğlubiyyət verilə bilər.
Səbəb qəsəbə təmsilçisi tərəfindən oyunun protokoluna 2000-ci il təvəllüdlü futbolçunun adının daxil edilməməsidir.
Məsələyə AFFA İntizam Komitəsinin növbəti iclasında baxılacaq.
Qeyd edək ki, "Səbail" - "Zirə" matçı 1:1 hesabı ilə başa çatıb.