
O deyib: "Oyundan öncə futbolçularla söhbət etmişdik. Oyuna yaxşı köklənməli idik. Çünki "Sumqayıt” ötən il "Neftçi”dən xeyli xal almışdı. Futbolçulara bildirmişdim ki, rəqibi saymaq lazımdır. "Sumqayıt” ikinci hissədə təzyiqi artırdı. Amma biz dəyişikliklər edib, matçı yenə nəzarətə götürdük".
Əsədov kapitan Flavinyonun cəmi bir hissə meydanda olmasına da münasibət bildirib: "Flavinyo zədədən yeni qayıdıb. Biz oyundan öncə də bilirdik ki, o, yalnız bir hissə oynayacaq".