Bu gün "Qarabağ” Futbol Klubunun bazası xüsusi qonaq qəbul edib.
Sportnet.az xəbər verir ki, Braziliya millisiylə ikiqat dünya çempionu olmuş, İtaliyanın "Roma” və "Milan” klublarının şərəfini qorumuş Kafu klubu ziyarət edib.
Uzun illər "Qarabağ”la əməkdaşlıq edən Xüsusi Olimpiya Hərakatının xəttiylə ölkəmizə gələn Braziliya millisinin sabiq kapitanı Ağdam təmsilçisinin direktoru Emrah Çelikel, komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb və çay masası arxasında klubun son illərdəki çıxışından söhbət açılıb.
Sonda isə Kafuya "Qarabağ”ın "2” nömrəli forması hədiyyə olunub. Komanda braziliyalı qolkiperi Vaqner Da Silva da həmyerliləri ilə görüşü maraqlı alınıb. Qolkiper 2 qat düna çempionuna formasını hədiyyə edib.