"Roma" klubu İtaliya A Seriyasının VII turuna təsadüf edən paytaxt derbisində "Latsio"nu məğlub edib.
Sportnet.az-ın məlumatına görə, "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1. İlk qolu 45-ci dəqiqədə nominal meydan sahiblərindən Lorentso Pelleqrini vurub. 67-ci dəqiqədə Çiro İmmobile hesabı bərabərləşdirsə də, 71-ci dəqiqədə ALeksandar Kolarov, 86-cı dəqiqədə isə Federiko Fasio "Roma"nın növbəti qollarına imza atıb.
Bu qələbə sayəsində xallarını 11-ə çatdıran "Roma" 5-ci pilləyə yüksəlib. 12 xala malik "Latsio" isə 4-cüdür.