1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA reytinqi: Qazaxıstan Azərbaycanı keçdi - FOTO
Avropa Liqasında qrup mərhələsinin II tur qarşılaşmalarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan siyahıda bir pillə geriləyərək, 18,500 xalla 27-ci mövqeyə enib. Əvəzində eyni xala malik Qazaxıstan 26-cı pilləyə yüksəlib. Qonşu ölkə bu mövsüm daha çox reytinq yığması səbəbindən irəli keçib.
Dəyişikliyə "Qarabağ"ın İngiltərə "Arsenal"ına 0:3 hesablı məğlubiyyəti və "Astana"nın Fransa "Renn"ini 2:0 hesabı ilə yenməsi səbəb olub.
Qeyd edək ki, siyahıya 89,712 xalla İspaniya başçılıq edir. İngiltərə 67,748 xalla ikinci, İtaliya 67,725 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə isə 32,200 xalla 10-cudur.