1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA millimizin mükafatını artırdı
UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırılıb.
Sportnet.az UEFA-nın saytına istinadən xəbər verir ki, qurum turnirdə iştirak edən ölkələrin məbləğlərini 50 faiz artırıb.
UEFA A, B, C və D liqalarında yer alan yığmalara müvafiq olaraq, 2.25 milyon avro, 1,5 milyon avro, 1,12 milyon avro və 750 min avro (əvvəlki məbləğlər - 1,5 milyon avro, 1 milyon avro, 750 min avro və 500 min avro) ödəyəcək. Bütün liqalarda qrupda birinci yeri tutan komandalar öz mükafatlarını ikiqat artırmış olacaqlar.
2019-cu ilin iyununda A liqasının qrup qalibləri arasında təşkil olunacaq final mərhələsi üçün də mükafatlar artırılıb. Çempion komanda 6 milyon avro, finalçı 4,5 milyon avro, 3-cü yerin sahibi 3,5 milyon avro, 4-cü yer isə 2,5 milyon avro (əvvəlki məbləğlər - 4,5 milyon avro, finalçı 3,5 milyon avro, 3-cü yerin sahibi 2,5 milyon avro, 4-cü yer isə 1,5 milyon avro) əldə edəcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasının qalibi, ümumilikdə, 10.5 milyon avro qazanacaq. Azərbaycan millisi turnirdə D Liqasının III qrupunda Kosova, Malta və Farer adaları ilə mübarizə aparır. Yığma oktyabrın 11-i III tur çərçivəsində səfərdə Farer adaları ilə qarşılaşacaq.