Uzun müddət sonra Azərbaycan millisinə çağrılan Rüfət Dadaşov Farer adaları ilə matça start heyətində başlayıb.
Sportnet.az xəbər verir ki, sonuncu dəfə yığma komandanın heyətində 11 oktyabr 2014-cü ildə İtaliya ilə matçda (1:2) meydana çıxmış Dadaşov yenidən milli formanı geyinmək üçün 4 il gözləməli olub.
Hazırda Almaniyanın III Bundesliqa klubu "Proysen”də çıxış edən Rüfət dönüşünü məhsuldar ötürmə ilə qeyd edib. O, 67-ci dəqiqədə Dmitri Nazarovun qol vurmasında bilavasitə yardımçı olub.
Qeyd edək ki, bu görüş 27 yaşlı forvardın yığmada 17-ci oyunu olub.














































































