1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Almeyda ən çox dəqiq ötürmə verən futbolçu oldu
UEFA Millətlər Liqasının III turunun ilk matçlarından sonra statistik məlumatlar açıqlanıb.
Sportnet.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda ən çox dəqiq ötürmə verən futbolçu olub. 30 yaşlı yarımmüdafiəçi keçirdiyi 3 oyundan sonra 215 dəqiq ötürmə ilə birinci pillədə qərarlaşıb. Yığmanın digər üzvü Qara Qarayev isə bu göstəriciyə görə 3-cü yerdədir. 26 yaşlı yarımmüdafiəçinin isə aktivində 201 ötürmə var.
Hələlik Millətlər Liqasında ən çox qol vuran komanda İspaniyadır. Pireneylilərin aktivində 2 oyuna 8 qol var. Turnirdə ən çox qol vuran futbolçu isə serbiyalı Aleksandr Mitroviçdir. 24 yaşlı hücumçu 4 qolla siyahıya başçılıq edir. Ən çox məhsuldar ötürmə edən oyunçu isə ispaniyalı Marko Asensiodur. O, 4 dəfə komanda yoldaşlarını zərbə mövqeyinə çıxarıb.
Qeyd edək ki, Ricard Almeyda Azərbaycan yığmasının Millətlər Liqasının III turunda səfər Farer adaları kollektivini 3:0 hesabı ilə məğlub etdiyi matçda iki qolun müəllifi olub.