
"Xəzər Lənkəran"ın tarixində bir ilk qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, hazırda Lənkəran şəhər stadionunda ilk hhissəsi gedən "Xəzər Lənkəran" - "Bakı" oyununda meydan sahiblərinin heyətində qol vuran Elnur Cəfərov rekorda imza atıb.
43-cü dəqiqədə komandasının 3-cü qolunun müəllifi olan lənkəranlı futbolçu klubun tarixi ərzində fərqlənən ən gənc oyunçudur. Hazırda 17 yaş 7 aylıq olan gənc futbolçunun 2015-ci il martın 28-də 18 yaşı tamam olacaq.
Qeyd edək ki, hazırda oyun ilk yarıdan sonra 3:0 hesabı ilə "Xəzər Lənkəran"ın xeyrinədir.