Sloveniya milli komandası baş məşqçi Tomaj Kavçiçlə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə Sloveniya Futbol İttifaqının prezidenti Radenko Miyatoviç məlumat verib.
Qərara yığmanın UEFA Millətlər Liqasındakı uğursuz çıxışı səbəb olub.
Qeyd edək ki, Tomaj Kavçiç 2017-ci ilin dekabrından Sloveniya millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda UEFA Millətlər Liqasında 4 oyuna 1 xal toplayıb.