
Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Ukraynanın "Vorskla" komandasının oyununu idarə edəcək Roy Raynşrayber III dəfə Azərbaycan klubunun oyununa təyinat alıb.
Sportnet.az xəbər verir ki, 2014-cü ildən beynəlxalq dərəcəli hakim olan Raynşrayber ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək. O, Çempionlar Liqasının 2017-2018 mövsümünün III təsnifat mərhələsinin cavab oyununda Ağdam təmsilçisinin səfərdə Moldova "Şerif"ini 2:1 hesabı ilə məğlub etdiyi matçın baş hakimi olub. 38 yaşlı referi həmçinin 2015-2016 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"nin Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo"ya 1:2 hesabı ilə uduzduğu qarşılaşmada baş hakim olub.
Raynşrayber vaxtıilə Ukraynanın U-17 komandasının da matçına təyinat alıb. Referi 2014-cü il Avropa çempionatının elit-raundunda Ukraynanın səfərdə Portuqaliyaya 0:3 hesabı ilə uduzduğu görüşdə ədaləti qoruyub.