1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qəbələ”nin qalibiyyətinə kölgə salmaq istəmirəm”
"Turnirdə iştirakımızdan çox razı qaldıq. Düzdür, növbəti mərhələyə çıxa bilmədik. Amma bu turnir bizim üçün yaxşı təcrübə oldu”. Bunu "III Qəbələ Kuboku”nun qrup mərhələsində turnirlə vidalaşan "Udineze”nin baş məşqçisi Boşko Boşkoviç deyib.
Mütəxəssis turnirdəki favorit komandasının adını da açıqlayıb: "Hesab edirəm ki, "Fənərbağça” nəinki qrupumuzun, ümumilikdə turnirin ən güclü komandasıdır. Mən əsas favorit kimi onları görürəm”.
O, start görüşündəki "Qəbələ” məğlubiyyətini isə belə şərh edib: "Mən bu məğlubiyyəti yorğunluqla izah edirəm. Həmin oyun öncəsi, demək olar ki, yatmamışdıq. Uzun yol qət edib, gəldik və səhəri gün ilk oyunumuza çıxdıq. Amma "Qəbələ”nin qalibiyyətinə kölgə salmaq istəmirəm, onlar layiqli qələbə qazandılar. Onlara növbəti oyunlarda uğurlar arzulayıram”.