"Neftçi"nin sabiq futbolçusu David Meza Kolli "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednikin hazırda rəhbərlik etdiyi Rumıniyanın "Dinamo" (Buxarest) klubuna keçə bilər.
Sportnet.az-ın Fanatic.ro-ya istinadən məlumatına görə, təcrübəli mütəxəssis "Konkordiya" ilə qolsuz yekunlaşan çempionat görüşündən sonra komandasının təcili güclənməsinin vacibliyini bildirib. 30 yaşlı orta sahə oyunçusu hazırda azad agent statusuna malik yarımmüdafiəçini heyətdə görmək istədiyini açıqlayıb.
Qeyd edək ki, "Neftçi"də ötən mövsüm çıxış etmiş David Meza Kollinin başa çatan müqaviləsi uzadılmayıb. Paraqvaylı yarımmüdafiəçinin qardaşı Sezar Meza Kolli isə "Keşlə"dən Rumıniya "Krayova"sına keçib. Buxarest "Dinamo"su 13 turdan sonra 13 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb. Mirça Rednikin əsas hədəfi komandanı ilk "6-lığ"a çıxarmaqdan ibarətdir. Rednik "Xəzər Lənkəran"da 2010-2011-ci illərdə çalışıb.