Almaniyanın "Bavariya" klubunun bir neçə futbolçusu komandanın baş məşqçisi Niko Kovaçın iş sistemindən narazılığını bildirərək ona qarşı çıxıblar.
Sportnet.az "Kicker"ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin aparıcı üzvləri - Aryen Robben, Frank Riberi, Mats Hummels və Tomas Müller 48 yaşlı xorvatiyalı mütəxəssisin məşqçilik təcrübəsinin olmamasını əsas gətirərək onun tələblərinə ciddi yanaşmırlar.
Qeyd edək ki, Niko Kovaç mövsümün əvvəlindən "Bavariya"ya rəhbərlik edir. O, bu postda Yupp Haynkesi əvəzləyib.