
"Qarabağ" klubunun qapıçısı Hannes Halldorsson yenidən İslandiya milli komandasına dəvət alıb.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Erik Hamren 25 nəfərlik heyətdə 34 yaşlı qolkiperə də yer verib. İslandiya yığması noyabrın 19-da Qətərlə yoldaşlıq görüşü keçirəcək. Oyun Belçikanın paytaxtı Brüsseldə olacaq.