1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Federasiya prezidentinə qarşı 3 cinayət işi
Ukrayna Futbol Federasiyasının (FFU) korrupsiyada ittiham olunan prezidenti Andrey Pavelkoya qarşı üç cinayət işi başlanılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə vəkil Oleq Stupinski tribuna.com-a açıqlamasında bildirib. O deyib ki, Milli Antikorrupsiya Bürosunda "Hakimiyyət və xidməti səlahiyyətlərindən sui-istifadə", "Etibarlı olmayan məlumatın deklarasiyası" və "Qeyri-qanuni yolla varlanma", Baş Prokurorluqda "Əmlakı mənimsəmə, israf etmə və ya xidməti səlahiyyətlərindən sui-istifadə yolu ilə külli miqdarda vəsaitə yiyələnmə", "Hakimiyyət və ya xidməti səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda", polisdə "Əmlakın mənimsənilməsi, israf olunması və xidməti səlahiyyətlərindən istifadə yolu ilə ələ keçirilməsi" maddələri ilə cinayət işinə başlanılıb.
Qeyd edək ki, Andrey Pavelko 2018-ci il dünya çempionatı zamanı sərt açıqlamaları ilə yadda qalıb. O, 1/4 finalda Rusiya üzərində qələbədən sonra "Eşq olsun Ukraynaya" deyə video paylaşan Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vidanın müdafiəsinə qalxıb.